Midea kondisionerləri - yeni modellər

Midea kondisionerləri - yeni modellər 2018

Split sisteminin gücü çatmayan ərazilər üçün sütun tipli Midea kondisionerləri

10.01.2018

Midea MFM-48ARN1

Split sisteminin gücü çatmayan ərazilər üçün sütun tipli Midea MFM-48ARN1 kondisionerləri məsləhət görülür. Bu kondisionerin gücü 170 m³ qədər ərazini soyutmağa çatır. Təkcə yaşayış yerləri üçün deyil, həm də restoran və şadlıq zallar üçün mükəmməl seçimdir. Kondisionerləri pult və korpusda düymələrlə idarə etmək mümkündür. Əlavə funksiyalar: ventilyatorun iki pilləli fırlanma sürəti, temperaturun avtomatik saxlanılması, nasazlıqların yoxlanılması, buza qarşı müdafiə və s.

Midea MSAB-09HRN1

Rahat "gizlədilmis" ekran sizə gecə vaxtı parlaq işıqlanması ilə mane olmayacaq. İncə təmizləmə filtri otağınıza tozun daxil olmasına imkan verməyəcək. Ventilyatorun üç sürəti isə optimal temperature seçməyə imkan verəcək. MIDEA MSAB-09HRN1 həmçinin R 410 tipinə aid olaraq, tamamilə təhlükəsiz freonundan istifadə edir və Yer kürsinin ozon qatının qayğısına qalır. MIDEA MSAB-09HRN1 kondisionerində əlverişli qiymət, əla keyfiyyət və xoş dizayn birləşir.

Midea MSMA-24HRN1

MSMA-24HRN1 kondisioneri 90 m³ qədər ərazini soyutma və isitmə imkanına malikdir. Antivirus filtri və yüksək təmizləmə filtirləri 50% qədər çox toz dənəciyini saxlayır. “Qurutma” funksiyası otaqlarda rütubətin səviyyəsini aşağı salır. Turbo rejimi otağı daha tez soyudur. Pulta xüsusi datçik quraşdırılıb. “Məni izlə” rejimini seçdikdə kondisioner pultun yerləşməsini izləyir və kondisioner məhz sizin pultla olduğunuz məkanı soyudur.

MFYA-24ARFN1-IN

80 mᶾ ərazini soyudub isitmə imkanına malik sütun formasında korpuslu kondisioner RedDot, GoodDesign və dünyaca məhşur olan nominasiyalarla təltif olunub. SuperSilent rejimində kondisionerin necə işlədiyi hiss olunmur. Daxili sistem diaqnostikası kondisionerdə olan bütün prossesləri izləməyə imkan verir.