• Midea
  • Sharp
  • Skyworth

Skyworth

Skyworth

Şirkət 1988-ci ildə təsis edilmiş və baş ofisi “Çinin Silikon Vadisi” adlanan Şençıjen Yüksək Texnologiyalı Sənaye Parkında yerləşir və 30 min əməkdaşa malikdir. 2006-cı ildə Skyworth Çinin proqramları yaddaşına köçürə bilən ilk televizorlarını işləyib hazırlamışdır.

Onun törəmə şirkətləri televizor pristavkaları, A/V təhlükəsizliyi məhsulları, mobil telefonlar, avtoelektronika daxil olmaqla televizor və audiovizual məhsulların layihəsini işləyib hazırlayır, istehsal edir və satışını həyata keçirir.

Şirkət Çində 41 filial şirkət, 209 ofis yaratmış və imzalanmış müqavilələrə malik 20 mindən yuxarı sifarişçiyə malikdir. Skyworth aşağıdan orta səviyyəli qiymət seqmentində möhkəm mövqeyə malik olmaqla Çinin elektron avadanlıqları istehsal edən ən yaxşı 100 şirkəti arasında ən iri 14-cü istehsalçıdır.