• Midea
  • Sharp
  • Skyworth

Midea

Midea

Təsis edildiyi 1968-ci ildən etibarən Midea Korporasiyası kiçik yerli emalatxanadan başlayaraq bütün dünyada fəaliyyət göstərən məişət texnikası və istilik, ventilyasiya və hava kondisionerləri (İVHK) sistemləri üzrə aparıcı istehsalçıya çevrilmək qədər inkişaf yolu keçmişdir.

Midea, 10 istehsal sahəsini istismar edərək dünyanın 21 ölkəsində nümayəndəliklərə malikdir. 7 milyon kvadrat metrdən artıq istehsal obyektləri və 100 000 işçisi ilə Midea Çində aparıcı brenddir və dünyada inkişaf etməkdə olan nəhəng şirkətdir.

Şirkət Vyetnam, Belarus, Misir, Braziliya, Argentina və Hindistanda istehsal bazaları yaratmaqla öz əməliyyatlarını genişləndirməyi davam etdirir və bəzi ölkələrdə əlavə zavodlar inşa edir. Mideanın məhsul çeşidi: hava kondisionerləri və sənaye HK, soyuducular, paltaryuyan maşınlar, kiçik mətbəx avadanlıqları, məişət əşyaları, işıqlandırma və kompressorlardan ibarətdir.