Haqqımızda

ATL Electronics şirkəti

2012-ci ildə təsis olunmuş ATL Electronics şirkəti Azərbaycanda müxtəlif elektronika məhsullarının satışı ilə məşğuldur və 60-dan çox diler şəbəkəsini özündə birləşdirir.

Şirkət yalnız məhsul satışı həyata keçirmir eyni zamanda dilerlərin sürətli inkişafını təmin etmək üçün onları müxtəlif təlimlərlə təmin edir, rəqabətə davamlı qiymətlər və marketinq dəstəyi təklif edir.

Sharp, Midea, Skyworth

ATL Electronics şirkəti ilə əməkaşlığın əsas üstünlüklərindən biri də şirkətin daim bazar tələbatı əsasında təklif etdiyi məhsul çeşidlərini yeniləyərək münasib kommersiya şərtləri və yüksək keyfiyyətdə təklif etməsidir. Şirkət Sharp, Midea və Skyworth brendlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir.